• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ərini boğaraq öldürən qadının məhkəməsi BAŞLAYIR

CƏMİYYƏT

23 Oktyabr 2021 | 12:08 | Müəllif: Subhan Mahmudov

Ərini boğaraq öldürən qadının məhkəməsi BAŞLAYIR

9 may 2021-ci il tarixdə 1952-ci il təvəllüdlü Rəşid Axundovun kirayədə yaşadığı mənzildə öldürülməsi faktı ilə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanmışdır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, zərərçəkmişin arvadı İnnesa İsmayılova qeyd edilən tarixdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rəşid Axundovu spirtli içkinin təsiri altında olmasından istifadə edərək evin dəhlizində itələyərək yerə yıxmış, bununla kifayətlənməyərək əməlini davam etdirib Rəşid Axundovun boynundakı gümüş boyunbağıdan tutub dartmaqla sonuncunu boğaraq öldürmüşdür.

İnnesa İsmayılova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026