• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nazir Eldar Əzizovun qardaşını İŞDƏN ÇIXARDI - FOTO

CƏMİYYƏT

22 Noyabr 2021 | 11:42

Nazir Eldar Əzizovun qardaşını İŞDƏN ÇIXARDI - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovu vəzifəsindən azad edilib. 

Bakıvaxtı.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Sahil Babayevin müvafiq əmri ilə Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 1 nömrəli tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal və Nəsimi rayonları üzrə komissiya sədri vəzifəsindən azad olunub. Onun yerinə Səadət Əsgərova təyin edilib.

Qeyd edək ki, Aydın Əzizov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. O, sürücüsü ilə KİV-in gündəminə gəlmişdi. Belə ki, Aydın Əzizovun sürücüsü olmuş şəxs Əzizovların adından istifadə edərək vətəndaşların pullarını mənimsəyib.

Aydın Əzizov qulaq, burun, boğaz  həkimidir.


Nazir Eldar Əzizovun qardaşını İŞDƏN ÇIXARDI - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR