• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Müştərilərə qəlyan təklif edən çay evi aşkarlandı - FOTO

CƏMİYYƏT

22 Dekabr 2021 | 10:38

Müştərilərə qəlyan təklif edən çay evi aşkarlandı - FOTO

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektə cavabdehlik daşıyan Şaiq Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.


Müştərilərə qəlyan təklif edən çay evi aşkarlandı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026