• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu gün onların peşə bayramıdır

CƏMİYYƏT

22 Noyabr 2021 | 09:27

Bu gün onların peşə bayramıdır

Noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında və məhkəmələrdə qeyd olunur.

Bakıvaxtı.az xəbər verir ki, hazırda “Elektron hökumət” sisteminin fəal iştirakçısı olan Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara 35-dək müxtəlif elektron xidmətlər göstərilir. Son 5 ildə onlardan istifadə edənlərin sayı 15 milyonu xeyli ötüb.

“Elektron notariat” innovasiyaların tətbiqi üçün geniş imkanlar açıb. Həmçinin rəqəmsallaşdırmanın yeni mərhələsi olaraq “Mobil notariat” tətbiqi yaradılıb. Onun istifadəçiləri notariat ofisinə getmədən videoəlaqə vasitəsilə, o cümlədən xaricdən müxtəlif notariat hərəkətlərini rəsmiləşdirmək imkanına malikdirlər. Bu yeni olan sistemin artıq iki yüz mindən çox istifadəçisi vardır.

Hazırda ölkə ərazisində fəaliyyət göstərən 117 məhkəmənin 77-də, başqa sözlə, üçdə ikisində elektron məhkəmə sistemi tətbiq olunur və onun artıq gələn ildə bütün məhkəmələri əhatə etməsi nəzərdə tutulur.

“Mobil məhkəmə” tətbiqindən geniş istifadə olunması, Məhkəmə-Hüquq Şurasında “Qaynar xətt”in yaradılması da məhkəmə istifadəçilərinin məmnunluğuna xidmət edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026