Bu gün saat 19:59–da Azərbaycana qış fəsli (qış günəş duruşu) qədəm qoydu.
Bu barədə Bakıvaxtı.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilb.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Bu gün ən qısa gündüz və ən uzun gecə müşahidə olunur.
Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.
Aytac Aslan
















