• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azad edilmiş ərazilərə kimlər gedə bilər? - AÇIQLAMA

CƏMİYYƏT

20 Yanvar 2022 | 17:07 | Müəllif: Qalib İbrahimoğlu

Azad edilmiş ərazilərə kimlər gedə bilər? - AÇIQLAMA

"İşğaldan azad edilmiş ərazilərə təşkil olunan avtobus reyslərinə ilkin mərhələdə 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları bilet ala bilər. 18 yaşdan aşağı vətəndaşlara azad edilmiş ərazilərə valideynlərin müşayiəti ilə də getməyə icazə verilmir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, hər bir sərnişin fərdi qəza sığortası ilə təmin edilir. “Avtobus reysinə bilet almış sərnişin müvafiq olaraq sığortalanmış sərnişin hesab edilir”.

Nazirin müşaviri deyib ki, Nazirlər Kabinetinin 141 saylı qərarına əsasən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması” qaydalarının 6-cı bəndində bilet satışının təşkili, gedişhaqqının ödənilməsi qaydası şərtləri müəyyən edilib.

“Belə ki, şəhərlərarası müntəzəm marşrut xətti üzrə bilet almış sərnişin avtobusa gecikdikdə və ya avtobusun yola düşməsinə 15 dəqiqədən az qalmış vaxtda gedişdən imtina etdikdə, 2 saat ərzində, xəstəlik və ya bədbəxt hadisə baş verdikdə isə müvafiq sənədini təqdim etməklə 3 gün ərzində biletin dəyərinin 25 faizini əlavə ödəməklə həmin marşrut üzrə digər avtobus reysinə dəyişə və ya biletin dəyərinin 25 faizini çıxmaqla ödənilmiş məbləği geri ala bilər”, - o deyib.

R.Bayramov əlavə edib ki, işğaldan azad olmuş ərazilərə müntəzəm marşrut xətləri şəhərlərarası sərnişindaşımaya aid olduğundan qeyd edilən qaydalar şamil edilir.

Qeyd edək ki, azad edilmiş ərazilərə təşkil olunan avtobus reyslərinə biletləri  YolumuzQarabaga.az portalı vasitəsilə yalnız onlayn rejimdə almaq olar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026