• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Neft bahalaşdı: Yanacaq da bahalaşacaq? - AÇIQLAMA

CƏMİYYƏT

19 Fevral 2022 | 14:38 | Müəllif: Qalib İbrahimoğlu

Neft bahalaşdı: Yanacaq da bahalaşacaq? - AÇIQLAMA

Dünya bazarında neftin bahalaşmasından sonra qonşu ölkələrdə və Avropada yanacağın qiyməti bahalaşıb. SOCAR ölkədə istehsal olunan (Aİ-92 və dizel) və idxal edilən (Aİ-95 və Aİ-98) yanacağın bahalaşmasını həmişə dünya bazarı ilə əlaqələndirib.

Neftin bahalaşması yanacağın qiymətinə təsir göstərəcək?

SOCAR-ın sabiq prezidenti, iqtisadçı-ekspert Sabit Bağırov Bakıvaxtı.az-a bildirib ki, yaxın günlərdə yanacağın bahalaşacağını gözləmir.

“Yaxın zamanda yanacağın A-92, dizel və digər növlərinin qiymətlərinin artacağını düşünmürəm. Səbəbi odur ki, Dövlət Neft Şirkətinə yeni rəhbər təyin edilib və o bu addımları dərhal atmayacaq. Ola bilər ki, ona yuxarıdan “belə lazımdır” deyilsin. Ancaq bu ehtimal da azdır. Yaxın zamanda qeyd edilən yanacaq növlərinin qiymətlərinin artırılacağını düşünmürəm”, - deyə S.Bağırov bildirib.

İqtisadçı-ekspert Xalid Kərimli Bakıvaxtı.az-a bildirib ki, neftin qiymətində fantakstik bahalaşma müşahidə olunmayıb. “Yaxın günlərdə SOCAR-ın yanacağın qiymətini bahalaşdıracağını düşünmürəm. Hesab edirəm ki, ancaq Aİ-95 benzinin qiymətinin artma ehtimalı var”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026