• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Naftalanda yeni otel kompleksi açıldı - FOTOLAR

CƏMİYYƏT

19 Fevral 2022 | 15:14 | Müəllif: Qalib İbrahimoğlu

Naftalanda yeni otel kompleksi açıldı - FOTOLAR

Bu gün Naftalanda “Park Naftalan” Müalicə Sağlamlıq Mərkəzinin açılışı olub.

Bakıvaxtı.az xəbər verir ki, açılış mərasimində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, millət vəkili Müşfiq Cəfərov,Azərbaycan Hotellər Assosiasiyasının icraçı direktoru Günay Sağlam, Dövlət Turizm Agentliyi Gəncə Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov, Şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, Kompleksin direktoru Hatəm Qocayev, ŞİH-nin məsul işçiləri iştirak edib.

Tədbir iştirakçıları kompleksdə yaradılmış şəraitlə və turistlərə göstəriləcək xidmətlərlə tanış olublar.

İcra başçısı “Park Naftalan” ın rəhbərliyini və kollektivini təbrik edərək vurğulayıb  ki, Prezident İlham Əliyevin ölkədə  apardığı iqtisadi islahatlar nəticəsində  sahibkarlar üçün şərait, həmçinin, ölkədəki iqtisadi-sosial sabitlik, paytaxt Bakı ilə yanaşı regionlarda da investorların böyük həcmdə investisiya yatırmalarına zəmin yaradılıb: "Həmçinin, bu gün ölkə başçımızın diqqət və qayğısının, məqsədyönlü siyasətinin nəticəsidir ki, Naftalan şəhəri günü-gündən daha da inkişaf edən, vurğuladığı kimi, beynəlxalq turizm mərkəzinə çevrilib. Bu cür müasir Müalicə Mərkəzinin istifadəyə verilməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, şəhərin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edəcək".

Qeyd olunub ki, son illər bölgələrdə müasir Hotel və Müalicə Sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, əcnəbi turistlərin və yerli turistlərin sayının artmasına da böyük təkan verir.

Ölkəmizin hər yerində olduğu kimi, Naftalanda da şəhid ailələrinə, qazilərə, Vətən Müharibəsi iştirakçılarına hər zaman göstərilən diqqət və qayğının nəticəsidir ki, burada da işə götürülənlər  arasında Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər də var.

Qeyd edək ki, təxminən 1 hektar sahəsi olan Mərkəzin tikintisinə  2018-ci  ildə başlanıb, görülən işlər nəticəsində orijinal memarlıq üslubunda gözəl istirahət məkanı yaradılıb. Mərkəz 2 ədəd 6 mərtəbli binadan, 114 otaqdan ibarətdir. Müasir standartlara cavab verən inventar avadanlıqlarla təchiz olunmuş “Park Naftalan” da  gündəlik 240 turist gecələyə biləcək.  Həmçinin,  Mərkəzi digərlərindən fərqləndirən xidmətlərdən biri də sualtı dartma müalicəvi hovuzunun mövcud olmasıdır ki, bu da buraya gələn xəstələrin daha keyfiyyətli müalicə almalarına şərait yaradacaq.


Naftalanda yeni otel kompleksi açıldı - FOTOLARNaftalanda yeni otel kompleksi açıldı - FOTOLARNaftalanda yeni otel kompleksi açıldı - FOTOLARNaftalanda yeni otel kompleksi açıldı - FOTOLARNaftalanda yeni otel kompleksi açıldı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026