• Bakı 23° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

"Sosial dəstək tədbirləri davam etdiriləcək" - Baş nazir

CƏMİYYƏT

19 Fevral 2022 | 16:50 | Müəllif: Subhan Mahmudov

"Sosial dəstək tədbirləri davam etdiriləcək" - Baş nazir

Azərbaycanda sosial dəstək tədbirləri davam etdiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu 17-18 fevral tarixlərində baş tutan Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasında Baş nazir Əli Əsədov deyib.

İclasda qiymət artımı şəraitində əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş tədbirlər və Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə əməkhaqları, sosial ödənişlər və sosial dəstək tədbirlərinin artırılması xüsusi vurğulanıb.

Bu sosial islahat paketinin 3,4 milyon insanı əhatə etdiyi və bu məqsədlər üçün əlavə 2,1 milyard manat dövlət vəsaitinin ayrıldığı qeyd edilib.

İclasda sosial dəstək tədbirlərinin davam etdirilməsi, zərurət olduğu təqdirdə özünüməşğulluq və haqqı ödənilən ictimai işlər proqramının əhatə dairəsinin daha da genişləndirilməsi və digər aktual məsələlər barədə geniş müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026