Bir çox mütəxəssislərin fikrincə, ölkə əhalisinin 70%-ə qədəri virusa yoluxmuş olarsa, ona qarşı kütləvi immunitet yaranmış olar.
İnfeksionist Nicat Əzimli də Bakıvaxtı.az-a bu fikirlə razılaşdığını bildirib. Onun sözlərinə görə, əksər infeksion xəstəliklərdə əgər əhalinin yarısından çoxu virusa yoluxubsa və bu, qısa müddət ərzində olubsa, kütləvi immunitet yaranması doğrudur.
"Burda əsas şərt, xəstələnmələrin qısa bir müddət ərzində əhalinin yarısından çoxunu əhatə etməsidir. Belə olan halda kütləvi immunitet tez bir zamanda yaranmış olur. Bu, növbəti yoluxma saylarında vəziyyətin uğurlu olmasına gətirib çıxarır”, - deyə infeksionist vurğulayıb.
Nuranə Daxilqızı
















