• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Peyvənd olunanların sayı açıqlandı

CƏMİYYƏT

21 Dekabr 2021 | 18:42 | Müəllif: Subhan Mahmudov

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 365 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 758, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 985, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 622 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 097 316, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 144 676, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 645 903, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 306 737 təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026