• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Siqaret çəkənlər Covid-i yüngül keçirir? – İnfeksionist AÇIQLADI

CƏMİYYƏT

23 Sentyabr 2021 | 14:51

Siqaret çəkənlər Covid-i yüngül keçirir? – İnfeksionist AÇIQLADI

Son günlərdə sosial şəbəkələrdə siqaret çəkən insanların ya koronavirusa yoluxmadığı, ya da yoluxsa belə xəstəliyi yüngül keçirdikləri ilə bağlı müzakirələr gedir.

Bu barədə Bakıvaxtı.az-a danışan infeksionist Vüqar Cavadzadə bu fikrin tamamilə yanlış olduğunu bildirib:

“Bu, heç də belə deyil. İnsanlar işin o biri tərəfini görmədikləri üçün belə danışırlar. Onlar xəstəxanadakı vəziyyəti bilmirlər. Şəxsən mən xəstəxanada işləyən zaman müşahidə etmişəm ki, siqaret çəkən insanlar hətta reanimasiyada daha ağır vəziyyətə düşürlər. Yəni “siqaret çəkir deyə, xəstəliyə tutulmur” deyilən baxış nöqtəsi yoxdur”.

“Əksinə siqaret çəkən şəxslərdə xroniki bronxit əlamətləri olduğuna görə, həmin insanlar virusa yoluxandan sonra tənəffüz yollarının xəstəliklərinə aid olan simptomları çox kəskin keçirirlər. Hətta belə deyim, virusdan ölənlər içində siqaret çəkənlər daha artıqdır, nəinki sağlam ağciyəri olanlar. Ağciyəri xroniki xəstə olan insan, necə ola bilər ki, xəstəliyi yüngül keçirsin? Bu heç məntiqə də sığmır” – deyə, infeksionist qeyd edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR