• Bakı 10° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İşğaldan azad edilmiş kənddən dəmir oğurlayanlar SAXLANILDI

CƏMİYYƏT

23 Oktyabr 2021 | 13:54 | Müəllif: Subhan Mahmudov

İşğaldan azad edilmiş kənddən dəmir oğurlayanlar SAXLANILDI

İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin  (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində işğaldan azad edilmiş Çaylı kəndinə stasionar postlardan kənar yollarla daxil olan şəxslər, Tərtər şəhər sakinləri Tahir Vəliyev və İlham Rüstəmli kənd ərazisində saxlanılıblar.

Onların gəldikləri avtomobilin yük yerinə baxış keçirilən zaman dəmir metalları aşkar edilərək götürülüb.  

T.Vəliyev və İ.Rüstəmlinin barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndəriliblər. Məhkəmənin qərarı ilə onların hər biri 8 gün müddətinə inzibati qaydada həbs ediliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026