Azərbaycanda Novruz çərşənbələri başlayır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir.
Sabah Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi olacaq.
Od çərşənbəsi isə martın 5-i qeyd ediləcək. Martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edəcək.
Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək.
Qeyd edək ki, 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma təqviminə əsasən, bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06:21-də daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.
Nərgiz Məmmədli
Bakı 




