• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Sabiq xanım başçının fəaliyyət dövrü araşdırılır

CƏMİYYƏT

07 Iyul 2022 | 13:10

Sabiq xanım başçının fəaliyyət dövrü araşdırılır

Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədova ilə bağlı edilən şikayət əsasında onun ifadəsi alınıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, sabiq xanım başçının quruma rəhbərlik etdiyi dövrdə əməkdaşları tərəfindən sahibkarlardan qanunsuz tələblər edilib. Sahibkarlar üzləşdikləri problemlərə görə, İradə Gülməmmədovanı günahlandırıblar. 

Bununla bağlı sabiq başçıdan hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub. Hazırda şikayətlər əsasında hüquq-mühafizə orqanları tərəfindən İradə Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi dövr araşdırılır.

Qeyd edək ki, İradə Gülməmmədova 2006-2014-cü illərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014-2015-ci illərdə birinci müavini, 2015-2022-ci illərdə icra başçısı vəzifəsini tutub. O, 19 yanvar 2022-ci ildə vəzifəsindən azad olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026