• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Sabirabadda AĞIR QƏZA - Ölən və xəsarət alan var

HADİSƏ

30 Yanvar 2023 | 23:23

Sabirabadda AĞIR QƏZA - Ölən və xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonunun Qalağayın kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş minik avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib


SON XƏBƏRLƏR

25 Aprel 2024