Sabirabadda baş verən qəzada 4 nəfər ağır xəsarət alıb
Bakıvaxtı.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində qeydə alınıb. “Toyota” və “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Sabirabad xəstəxanasına çatdırılıb.
Onlardan iki nəfər reanimasiyaya yerləşdirilib. Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.


jpeg-1693548730.jpeg)













