• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Şagirdlə insident yaşayan texniki işçi vəzifəsindən azad olundu - VİDEO

CƏMİYYƏT

11 Iyun 2024 | 13:58

Şagirdlə insident yaşayan texniki işçi vəzifəsindən azad olundu - VİDEO

Bakıda məktəbdə şagirdlə insident yaşayan texniki işçi vəzifəsindən azad olunub.

Bu barədə Bakıvaxtı.az-a Səbail rayonu 189-190 saylı orta məktəbdən məlumat verilib.

Bildirilib ki, iyunun 7-də məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb. Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb.

Vurğulanıb ki, məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib: "Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub".

 


SON XƏBƏRLƏR

26 Iyul 2024