• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sahibə Qafarova Kambocaya gedəcək

SİYASƏT

19 Noyabr 2022 | 14:37

Sahibə Qafarova Kambocaya gedəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 20-də Kamboca Krallığına səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Ramin Məmmədov, Elnur Allahverdiyev və digər rəsmi şəxslər daxildirlər.

Rəsmi səfər çərçivəsində nümayəndə heyəti Kamboca Krallığının parlamentində olacaq. Burada keçirilən görüşlərdə parlamentlərarası və ikitərəfli əlaqələrin bugünu, gələcək perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər zamanı nümayəndə heyətimiz ölkənin paytaxtı Pnompendə keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Parlamentlərarası Assosiasiyanın (AİPA) Baş Assambleyasının 43-cü iclasında iştirak edəcək.

Milli Məclisin sədri Assambleyada müzakirəyə çıxarılan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək, tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026