• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Sahibə Qafarova Özbəkistandadır

CƏMİYYƏT

26 Oktyabr 2022 | 17:32

Sahibə Qafarova Özbəkistandadır

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti MDB PA-nın Şura və 54-cü plenar iclaslarında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Səmərqənd Beynəlxalq Hava Limanında Azərbaycan parlamentinin sədrini Özbəkistan Respublikası Senatının sədri Tənzilə Narbayeva, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarova MDB PA-nın Şura və plenar iclaslarına qatılacaq, tədbirdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

İşgüzar səfər oktyabrın 28-də başa çatacaq.


Sahibə Qafarova Özbəkistandadır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR