"Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına xüsusi dəstək göstərilir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
S.Babayev bildirib ki, bu günə qədər qeyd olunan kateqoriyadan olan 9000 şəxsə özünüməşğulluq xidmətləri təqdim olunub.
"Paralel olaraq, bu kateqoriyadan olan 16 min insan işlə təmin olunub. Bu kateqoriyadan olan insanlara dəstəyimiz davamlı olacaq”, - deyə nazir əlavə edib.
Nuranə Daxilqızı
















