• Bakı 26° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Salyanda minik avtomobili aşıb: 3 yaralı

HADİSƏ

15 Avqust 2024 | 21:32 | Müəllif: Gülşən Şərif

Salyanda minik avtomobili aşıb: 3 yaralı

Salyanda yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Qarabağlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb və piyada, rayonun Qarabağlı kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Layiq Faiq oğlunu vurub.

Qəza nəticəsində piyada, avtomobildə olan rayonun Qarabağlı kənd sakinləri, 1979-cu il təvəllüdlü Mustafayev Rauf Zabil oğlu və onun qardaşı, 1981-ci il təvəllüdlü Mustafayev Zamin Zabil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR