• Bakı 22° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Şamaxıda restoran sahibləri cərimələndi

CƏMİYYƏT

19 Iyul 2021 | 15:31

Şamaxıda restoran sahibləri cərimələndi

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Turist” və “Çinar” restoranlarında qaydaların pozulduğu, yəni məlumatların portalda qeydiyyatdan keçirilməməsi , eləcə də müəyyən edilən say həddindən artıq qonağın iştirakı aşkarlanıb. Obyektlərin sahibi- Vüqar Allahverdiyev (“Turist” restoranının sahibi) və Ömər Yusifov (“Çinar” restoranın sahibi) barəsində protokol tərtib olunub və onların hər biri 4 min məbləğində cərimələnib.

Toy sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026