Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan qurum vətəndaşların rahat gediş-gəlişi üçün nəzərdə tutulmuş səkini zəbt edib.
Bakıvaxtı.az xəbər verir ki, Moskva prospekti 75-75A ünvanlarında yerləşən mövcud 9 mərtəbəli yaşayış binalarının fasadının yenidənqurma layihəsinin icrası zamanı heç bir alternativ təklif edilmədiyinə görə, sakinlər mənzil başına çatmaq üçün avtomobil yolunun hərəkət hissəsi ilə getməyə məcbur olurlar. Bu isə onların həyatı üçün təhlükəlidir. Piyadaların yol nəqliyyat hadisəsinin qurbanı ola bilərlər.
Sözügedən layihənin sifarişçisi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir”” Məhdud Məsuliyyətli Cəmiyyəti, podratçı Bakı Abadlıq Xidmətidir.
Ramid İbrahimov




















