• Bakı 13° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Azərbaycanda tanınmış alim vəfat etdi

CƏMİYYƏT

17 Sentyabr 2021 | 10:08

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan elminə ağır itki üz verib.

AMEA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, Azərbaycanın neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Arif Mehdi oğlu Quliyev 88 yaşında vəfat edib.

Qeyd edək ki, A.Quliyev 1933-cü il dekabr ayının 15-də Füzuli rayonunun Gecəgözlü kəndində kolxozçu ailəsində anadan olubr. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki ADNSU) fərqlənmə diplomu ilə bitirib. Təyinat üzrə o, Azərbaycan Elmlər Akademiyasında (indiki AMEA) elmi fəaliyyətinə başlamış, böyük laborant, kiçik və boyük elmi işçi, laboratoriya müdiri, Geologiya və Geofizika İnstitutunda şöbə rəhbəri vəzifəsində çalışıb.

A.M.Quliyev 1963-cü ildə texnika elmləri namizədi, 1974-cü ildə texnika elmləri doktoru elmi dərəcələrini, 1977-ci ildə isə professor elmi adını almışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib.


Azərbaycanda tanınmış alim vəfat etdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026