• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Media və təhsil dialoqu" təliminin II günü

CƏMİYYƏT

17 Sentyabr 2021 | 10:20

"Media və təhsil dialoqu" təliminin II günü

Sentyabrın 17-si Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlimin II günüdür. 

Bakıvaxtı.az xəbər verir ki, təlimin II  günü "Pandemiya dövründə təhsilin inkişafı və əlçatanlığı istiqamətində həyata keçirilən tədbirlər", "Azərbaycan gəncləri üçün xaricdə keyfiyyətli təhsil", ""2019-2023 Dövlət Proqramı" üzrə xaricdə doktorantura təhsili", "Peşə təhsili", "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması", "Məktəbdə inspeksiyaların aparılması", "Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri", "İcma əsaslı məktəbəqədər təhsil layihəsi üzrə yeniliklər", ""Məktəblinin dostu" layihəsi 2021-2022-ci tədris ilində" mövzularında təqdimatlar olacaq.

Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır. 

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026