• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Samsung nədə günahlandırılır?

MULTİMEDİA

04 Mart 2022 | 06:23 | Müəllif: Qalib İbrahimoğlu

Samsung nədə günahlandırılır?

Koreyadan olan GaryeonHan və Korean netizens ləqəbli həvəskar şəxslər 10.000 tətbiqdən ibarət siyahı təqdim ediblər.ə

Bakıvaxtı.az-ın məlumatına görə, onlar güman edirlər ki, siyahıdakı tətbiqlərin performansları çox güman ki, Samsung Game Optimizing Service (GOS) tərəfindən süni şəkildə aşağı salınır. Güman olunur ki, bu proses cihazların çalışma müddətlərinin uzadılması üçün reallaşdırılır. Təqdim edilmiş siyanıda oyunlarla yanaşı həmçinin Instagram, TikTok, Microsoft Office paketi, Netflix və s. kimi məşhur tətbiqlər də var. Bu problem həmçinin Samsung-un öz tətbiqlərini də əhatə edir. Buna misal olaraq Secure Folder, Samsung Cloud, Samsung Pay, Samsung Pass və s. tətbiqləri gətirmək olar. Maraqlısı ondadır ki, siyahıda 3DMark, AnTuTu, PCMark, GFXBench və Geekbench 5 kimi bençmarkların tətbiqləri yoxdur.

Koreyalı istifadəçilərdən biri 3DMark paketinin adını Genshin Impact-a dəyişib. Qeyd etmək lazımdır ki, süni şəkildə performansları aşağı salınan tətbiqlər siyahısında həmçinin Genshin Impact oyunu da var (technote.az). Bu kiçik təcrübə nəticəsində adı dəyişdirilmiş bençmark tətbiqinin göstəricilərində dəyişiklik müşahidə edilib. Belə ki, bençmark tərəfindən verilən ballar və ortalama kadr tezliyi aşağı düşüb. Qeyd etmək lazımdır ki, GOS tətbiqi heç də bütün Samsung smartfonlarında quraşdırılmayıb. Android Authority saytının jurnalistləri icmallarda istifadə edilmiş Galaxy S22 smartfonlarında həmin tətbiqi aşkar edə bilməyiblər. Bunun yerinə onlar GOS tətbiqini Galaxy Store-da aşkar ediblər. Lakin onu smartfonlara quraşdırmaq mümkün olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026