• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Samsung yeni smartfon seriyasını təqdim etdi

MULTİMEDİA

07 Mart 2022 | 04:52 | Müəllif: Qalib İbrahimoğlu

Samsung yeni smartfon seriyasını təqdim etdi

Samsung şirkəti Galaxy S22 adlı yeni smartfon seriyasını təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, Galaxy S22 texnologiya sevərlərin də çox böyük marağına səbəb olub. S seriyasına gətirdiyi yeniliklər diqqət çəkə bilib. 

Seriya S22, S22+ və S22 ULTRA  adlanır. S seriyasının yeni ən yüksək seqment smartfonu S22 təkcə  S21 seriyasının  özəlliklərini daşımır. Eyni zamanda, Note seriyasının da xüsusiyyətlərini  özündə birləşdirərək daha üstün texnologiyaya çevrilib. Bu smartfonda əvvəlki modellərə nisbətdə dörd nano metrlik arxitektura əsasında Snapdragon 8-lə daha gücləndirilmiş prosessora keçid ediblər.

Əsas kameranı təkmilləşdirərək 50 MP-ə qaldırıblar. Ekran ölçüsü digər modellərə nisbətən kiçildilərək 6.1 düyümə endirilib. 120 Hz ekran yenilənmə tezliyi ilə istər  oyun zamanı  istərsə də film izləyərkən görüntünü daha axıcı və canlı edir. Super Amoled ekrana sahib bu yeni modelin üstəlik, ekran parlaqlığı da yüksək səviyyəyə daşınıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026