• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Sanksiyalar rejimi Aleksey Navalnının şərəfinə adlandırılacaq

DÜNYA

19 Fevral 2024 | 13:18

Sanksiyalar rejimi Aleksey Navalnının şərəfinə adlandırılacaq

Avropa İttifaqı sanksiyalar rejimini Aleksey Navalnının şərəfinə adlandıracaq.

Baıvaxtı.az xarici mənbəyə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel Aİ Şurasının iclası ərəfəsində deyib.

Bildirilir ki, Avropa İttifaqının siyasətçiləri  insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqi mexanizmini Aleksey Navalnının şərəfinə adlandırmağı planlaşdırırlar.

Borrelin sözlərinə görə, Şura iclasının iştirakçıları “ Rusiya daxilindəki müxalifətə ” dəstək siqnalı göndərmək niyyətindədirlər.

İclasda Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya da iştirak edib.

Qeyd edək ki, Aleksey Navalnı fevralın 16-da cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026