• Bakı 23° C

    4.17 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Sankt-Peterburqda anbar kompleksində yanğın

HADİSƏ

13 Yanvar 2024 | 11:21

Sankt-Peterburqda anbar kompleksində yanğın

Sankt-Peterburqda 50000 kv.m sahəni əhatə edən anbar kompleksində yanğın baş verib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Puşkinski rayonu, Moskva şossesi, 153 ünvanında qeydə alınmış yanğının söndürülməsinə 270 nəfərə yaxın canlı qüvvə və 57 texnika cəlb olunub. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

"Wildberries" onlayn pərakəndə satış mağazasının mətbuat xidməti anbarın şirkətə məxsus olduğunu təsdiqləyib. Onlar həmçinin əlavə ediblər ki, satıcılara malın dəyərinə görə kompensasiya ödəniləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026