• Bakı 22° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Sarkisyanın qohumu həbs edilib

CƏMİYYƏT

16 Iyun 2021 | 13:47

Sarkisyanın qohumu həbs edilib

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qohumu Narek Sarkisyan 5,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bakıvaxtı.az bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, o, qanunsuz silah, döyüş sursatları, narkotik vasitələr saxlamaqda, eləcə də insan oğurluğunun təşkil olunmasında təqsirli bilinib.

N.Sarkisyan 2018-ci ilin dekabrında İnterpol tərəfindən Praqada saxlanılıb, 2019-cu ilin dekabrında Ermənistana ekstradisiya edilib.

O, bundan əvvəlki həbs müddəti nəzərə alınmaqla, daha 3,5 il həbsdə keçirəcək.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR