• Bakı 24° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Ev satanda vergi bu qaydada hesablanır - EKSPERT

CƏMİYYƏT

16 Iyul 2021 | 12:46

Ev satanda vergi bu qaydada hesablanır - EKSPERT

Vergi məcəlləsinə əsasən Azərbaycanda evi olan şəxs aldığı mənzili 5 ildən tez müddətdə satmaq istədikdə vergiyə cəlb olunur. Bəs bu vergi nəyə əsasən hesablanır? Ödənilən vergi miqdarı bütün ərazilərdə eynidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az saytına açıqlama verən daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov verginin necə hesablandığı haqqında danışıb:

Əgər aldığınız mənzili 5 ildən tez müddətdə satırsınızsa, vergiyə cəlb olunursunuz. Verginin məbləği bu cür hesablanır: Hər kvadrat metrə görə 15 manat zona əmsalına vurulur.  Zona əmsalları həm azaldıcı, həm də artırıcı olmaqla fərqlənir. Şəhərin mərkəzinə gəldikcə artırıcı zona əmsalı artaraq 4-ə qədər gedib çıxır. 075, 080 kimi azaldıcı zona əmsalları da var. Ona görə də, şəhərin mərkəzinə gəldikcə vergi çoxalır, şəhərin kənarına getdikcə vergi yükü azalır. Vergi alqı-satqı vaxtı notarius tərəfindən hesablanır və vergiyə cəlb olunur. Həmin vergi dərəcələri də vergi məcəlləsində öz əksini tapıb. Qeyd edim ki, bunlar yalnız Bakı şəhərinə aiddir. Regionlarda isə hərəsinin öz vahid əmsalı var.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026