• Bakı 16° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Satanovski "soloveynaya qnezdo"dan qovuldu

DÜNYA

21 Oktyabr 2023 | 15:01

Satanovski "soloveynaya qnezdo"dan qovuldu

Kremlin əsas ruporlarından sayılan Vladimir Solovyov, "Solovyev Live" (daima şər-şəbadə yaydığına görə, el arasında daha çox "soloveynaya qnezdo" kimi tanınır) kanalının eksperti Yevgeni Satanovskini,  Rusiya  XİN-in sözçüsü Mariya Zaxarovanı təhqir etdiyinə görə işdən çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, patronu Solovyov və onun verilişinə dəvət olunan erməni  "ekspertləri" kimi, Azərbaycana qarşı daim  düşmən mövqe sərgiləyən Satanovski, xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Zaxarovanı antisemitizmdə günahlandıraraq, onun Rusiya Xarici İşlər Nazirliyinin spikeri olmasına təəccübləndiyini bildirib.

Solovyov ekspertinə görə, Rusiya Xarici İşlər Nazirliyindən üzr istəyərək, Satanovskinin çıxışını "ədalətsiz və qəbuledilməz" olduğunu bildirib.

"Mən bundan sonra  Yevgeni Satanovskiylə peşəkar münasibətlər qura bilmərəm və ona görə də onun bizim  kanalda fəaliyyətinə son verirəm"- deyə "soloveynaya qnezdo" adlandırılan kanalın rəhbəri vurğulayıb.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026