• Bakı 9° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Satışdakı balıqlar apilka dadır

CƏMİYYƏT

16 Mart 2023 | 16:13 | Müəllif: Qalib İbrahimoğlu

Satışdakı balıqlar apilka dadır

Bir-iki ay sonra balıq mövsümü bitəcəyi üçün insanlar doyunca balıq yeməyə tələsir. Lakin əksəriyyət balıqların dadından narazıdır. Belə ki, marketlərdə müxtəliv növ dəniz və çay balıqları satılır, lakin insanlar bu balıqların çox qəribə dadının olduğunu deyirlər.

Ağa Salamov: “Plasmas yeyən balığın əti necə olmalıdır?!

Qida üzrə baş mütəxəssis Ağa Salamov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, süni şəkildə yetişdirilən balıqların dadı olmur: “Məsələn, ölkəyə idxal olunan Salmon balıqları var. Bunlar süni şəkildə, yəni horman qidalarla qidalanan balıqlardır. Bunlar böyüdülməkdə və kökəldilməkdə olan sürülər kimi bir şeydir. GMO yemlərlə qidalanan balıq və digər ətlərdən istədiyiniz ləzzəti almayacaqsınız. Təbii yemlə qidalanan heyvanla süni yemlə qidalanan heyvan arasında böyük bir fərq var. Balıqlar da elədir”.

Onun sözlərinə görə. dəniz və çaylardan tutulan balıqların dadının olmama səbəbi də ora axıdılan çirkab, polietilen torba və plastiklərdir: “Plasmas yeyən balığın əti necə olmalıdır?! Deyir, nə yeyirsinizsə osunuz. Bu heyvanlar da yeyirsə odur. Ət, toyuq, süd şirkətlərində işləyən, guya texnoloq olan bəzi mütəxəssislər çıxıb özlərindən deyirlər ki, GMO insan üçün zərərszidir. Zərərsizdir deyənlər pul alanlardır. Ordan pul aldıqları üçün haqqında pis danışa bilmirlər. Təəssüf ki, bəzi aparıcılar da, pul alıb onları efirə çıxarır”.

Mütəxəssis qeyd edib ki, məntiqlə götürəndə, təbii olaraq qidaları plastik, GMO olan balıq və digər ətlərin dadı olmayacaq: “Çox təəssüf ki, dünya üzü süniliyə doğru gedir, hər bir şey süniləşib. İllər keçdikcə balıqların hamısı məhv olacaq, nəsli kəsiləcək. Çünki onlar orqanik qidalanmalıdırlar. Dənizin təmiz hissələrində ovlanan balıqlar bura daxil deyil. Balığın ovlanma məsələsi də var, baxır siz onu harda ovlayırsız. Bir də dənizin dərinliklərində ovlanan balıqlar var. Onlar dəniz yosunları və digər balıqlarla qidalanır. Ona görə də, onların ətində dad olur. Şəhərə, yaşayışa yaxın ərazidə ovlanan balıqlar, təbii ki, süni dad verəcək”.

Eyyub Hüseynov: Göllərdə yetişdirilən balıqlar "çay balığı" adı altında satılır

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun Bakıvaxtı.az-a dediyinə görə, Nazirlər Kabinetinin 94 saylı qərarında qeyd olunur ki, əmtəə bazarında satılan bütün mallar, o cümlədən də, ərzaq məhsulları bükülməli, üzərində buraxılma tarixi, mənşəyi yazılmalıdır: “Lakin bu, balıq sektorunda qətiyyən nəzərə alınmır, ona görə də, əksər hallarda insanları aldadırlar. Çox vaxt göllərdə yetişdirilməsi mümkün olan balıqlar orda yetişdirilir, lakin çay balığı adı altında satılır”.

AİB sədri bildirib ki, balıqların dadının formalaşmasında yemin böyük rolu var: “Əksər hallarda balıqlar arzuolunmaz yemlərlə qidalandırılır. İnsanlar balıqların dadından narazıdırlar. Bu barədə Azad İstehlakçılar Birliyinə də zənglər daxil olur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna görə, istehlakçının satıcıdan malın mənşəyi haqqında sənəd tələb etməyə haqqı var. Lakin görək sənədlər varmı?!”

E.Hüseynov vurğulayıb ki, küçələrdə, harda gəldi zənbillərdə balıq satılır: “Əlbəttə ki, bu balıqların mənşəyində insanları aldatmaq üçün imkanlar var. Satıcı nə deyirsə, insanlar da ona inanır. Ölkədə şəffaf şəkildə rahat balıq satan yerlər də var”.

“Balıqlarla bağlı ciddi problemlər yaşanır. Düşünürəm ki, AQTA bu məsələlərə dönməlidir, çünki balıq riskli mallar qrupundadır, zəhərlənmə verə bilər və s.”, - deyə Eyyub Hüseynov əlavə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR