• Bakı 16° C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

"Sauthempton" "Latsio" oyununda DAVA 

İDMAN

08 Avqust 2024 | 10:39

Sauthempton Latsio oyununda DAVA 

İngiltərənin "Sauthempton" və İtaliyanın "Latsio" komandaları arasında keçirilmiş yoxlama oyununda dava düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə matçın 61-ci dəqiqəsində baş verib.

Britaniyalıların futbolçusu Şi Çarlz Roma təmsilçisinin hücumçusuna qarşı kobud oynayıb. Hər iki komandanın oyunçuları arasında mübahisə yaranıb.

"Latsio"nun müdafiəçisi Alessio Romanyoli rəqib yarımmüdafiəçi Karlos Alkarası boğazından tutub. Digər futbolçular münaqişəyə qoşulsalar da, hakimlər onları sakitləşdirə biliblər. Baş hakim Romanyoli və Alkarasa qırmızı vərəqə göstərib.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.


SON XƏBƏRLƏR

19 May 2026