• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

SİYASƏT

09 Noyabr 2023 | 11:26

Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

“Azərbaycanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin iqtisadiyyatları davamlı inkişaf templəri nümayiş etdirir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammitinin açılışındakı çıxışında deyib.

Özbəkistan dövlət başçısı Azərbaycanın təşkilatda uğurlu sədrliyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O qeyd edib ki, sədrliyi dövründə rəsmi Bakı bir sıra mühüm təşəbbüslərlə çıxış edib və qurumun fəaliyyətinə səmərəli töhfə verib.

“İştirakçı ölkələr arasında iqtisadi əməkdaşlığı yaxşılaşdırmaq üçün Özbəkistan tərəfi özbək ekspertlər tərəfindən hazırlanmış ECO çərçivəsində ticarətin sadələşdirilməsinə dair sazişin qəbulunu təklif edir”, - o bildirib.

Özbəkistan dövlət başçısı, həmçinin qeyd edib ki, multimodal nəqliyyat dəhlizlərinin işə salınması ECO-ya üzv olan bütün dövlətlərin maraqlarına cavab verir.

“Təşkilatımızın üzv ölkələri ayrılmaz şəkildə ortaq tarix, zəngin mədəniyyət və oxşar dəyərlərlə bağlıdır”, - deyə o əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR