• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Saxta məktəbli formaları:  3 manata görə uşaqları riskə atırlar

CƏMİYYƏT

03 Sentyabr 2024 | 15:28

Saxta məktəbli formaları:  3 manata görə uşaqları riskə atırlar

Son zamanlar bəzi mağazalarda satılan məktəbli formalarının Çindən gətirildiyi və uşaqlarda dermatoloji problemlərə səbəb olduğu bildirilir. Orijinal formalarla müqayisədə nisbətən ucuz olan paltarlara üz tutanların sayı az deyil.

Bakıvaxtı.az-ın məlumatına görə,  modern.az-a danışan Bakı Tikiş Evinin (BTE) satış satış üzrə müdiri Etibar Əzimov bildirib ki, saxta məktəb formaların gətirilməsi və istifadə edilməsi düzgün deyil:

“Uşaqlar bizim gələcəyimizdir, onların həyatı ilə bağlı risk etmək olmaz. Kimsə 2-3 manata görə bu şəkildə uşaqlarının həyatı ilə oynayırsa, bunun düzgün olmadığını bilməlidir. Biz əvvəl formanın köynəyini 15 manata təqdim edirdik, bu saxta formalarla mübarizə aparmaq, məktəblilərin orjinal forma geyinməsini asanlaşdırmaq üçün bu qiymətləri 12 manata endirdik. Sözügedən saxta formalar isə 9 manata təqdim edilir. İndi 3 manata görə uşaqları riskə atmaq nə qədər düzgündür”?!

Müsahibimiz təəssüf hissi ilə bildirir ki, valideynlər mənşəyi bilinməyən, sertifikatı olmayan, zirzəmi şəraitində hazırlanan yaxud xaricdən kiloyla gətirilən formaları alırlar:

“Bu da, əlbəttə, uşaqlarda səpki, dəri problemləri yaradacaq. Bu, düzgün deyil. Bütün müsahibələrimdə də qeyd edirəm, saxta məktəbli formalarını almaq qorxuludur. Formanı alarkən materialına mütləq baxmaq lazımdır. Ölkədə artıq hər yerdə saxta formalar satılmağa başlanıb. Hətta avtobus dayanacaqlarında, ərzaq mağazalarında belə bu formaları satırlar. Yalnız BTE-nin məhsulları alsınlar demirik, bizimlə birlikdə bu formaları istehsal edən qurumlar var. Məhsulu alarkən fabrik malı olduğundan əmin olsunlar. Azərbaycanda keyfiyyətli fabriklərə üz tutsunlar”.

Direktor bildirib ki, BTE-nin bir sıra rayonlarda satış məntələri var:

“Həmin yerlərdə də vətəndaşların orijinal forma almasına şərait yaradırıq. Amma hər yerdə bu məntəqələri açmaq olmur. Bunun üçün rayon rəhbərliyi bizə müraciət etməlidir. Hazırda isə Tərtər, Yevlax, Lənkəran, Qəbələ, Bərdə, Masallı, Quba və Şamaxıda bizim məhsulların satışı təşkil edilib”.


SON XƏBƏRLƏR

14 Sentyabr 2024