• Bakı 25° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Saxta spirtli içkilərin satışı aşkarlandı

HADİSƏ

23 Dekabr 2022 | 15:10

Saxta spirtli içkilərin satışı aşkarlandı

Bakıda marketdə saxta spirtli içkilərin satışının həyata keçirildiyi aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küç., ev 82F, məh. 889 ünvanında fəaliyyət göstərən, hüquqi şəxs “Alişan” şirkətinə məxsus “M” marketdə keçirilmiş plandankənar yoxlama zamanı aşkar saxtalaşdırılma əlamətləri müəyyən olunub. Belə ki, “Nemiroff Vodka Original” əmtəə nişanlı 40%-li 1 ədəd 0.5 litrlik, “Lauren’s Blended Scotch Whisky” əmtəə nişanlı 43%-li 1 ədəd 1 litrlik, “Jack Daniel’s Tennessee Whisky 1981 Gold Medal” əmtəə nişanlı 43%-li 1 ədəd 1 litrlik, “Royal Salute Blended Scotch Whisky 38 il” əmtəə nişanlı 40%-li 1 ədəd 0.5 litrlik alkoqollu içkilərin qablaşdırılmasında falqanın və aksiz markanın kustar üsulla yapışdırıldığı aşkarlanıb. Alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiqləyən sənədlər yoxlamaya təqdim edilməyib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, spirtli içkilər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarında müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026