• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Seçkilərdə ajiotaj yaradan qeyri-adi hal olmayıb - MSK

CƏMİYYƏT

16 Sentyabr 2024 | 12:58

Seçkilərdə ajiotaj yaradan qeyri-adi hal olmayıb - MSK

Seçkilər zamanı ümumilikdə ajiotaj yaradan qeyri-adi hal olmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi iclasda deyib.

MSK sədri bildirib ki, ciddi qanun pozuntusu özünü göstərmədi: "Dünyanın istənilən ölkəsində müəyyən namizədlərin bəzi xoşagəlməz hərəkətləri olur. Təəssüf ki, bizdə də belə faktlar oldu. Pozuntu hallarını da digər namizədlərin müraciəti əsasında aşkar edirdik. 125 dairənin barmaqla sayıla bilən hissəsində belə hallar olurdu".

O qeyd edib ki, seçicilər tərəfindən də hər hansı xoşagəlməz halın səsləndirilməsi çox az idi: "Müəyyən xoşagəlməz hay-küy, çəkişmələrin olması mənzərəsini yaratmaq istəyənlər var idi. Bizim üçün əsas faktlardır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026