• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səfir Binəli Yıldırımı və Şamil Ayrımı ziyarət etdi

CƏMİYYƏT

21 Oktyabr 2022 | 00:52 | Müəllif: Qalib İbrahimoğlu

Səfir Binəli Yıldırımı və Şamil Ayrımı ziyarət etdi

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Zəngilan hava limanına gedərkən yol qəzasına uğrayaraq xəstəxanada müalicə edilən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırımı və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımı ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfir "Twitter" hesabında paylaşım edib.

“Xəstəxanadayıq. Cənab Binəli Yıldırımı, İstanbuldan olan millət vəkilimiz Şamil Ayrımı, xəstəxanadakı cangüdən dostlarımızı ziyarət etdik. Bütün həkimlər, səhiyyə işçiləri diqqətlidir. Onların səhhətinin yaxşı olduğu barədə məlumat aldıq. Ən xoş arzularımızı çatdırırıq”, - səfir paylaşımında qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026