Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "Qarabağ"ın İngiltərədə "Tottenhem"ə qarşı keçirəcəyi UEFA Avropa Liqası matçını tribunadan izləyəcək.
Bu barədə Bakıvaxtı.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Londondakı qarşılaşmada komandanı 1000-ə yaxın azərbaycanlı azarkeşin dəstəkləyəcəyi gözlənilir.
Qeyd edək ki, bu gün "Tottenhem Hotspur" stadionunda təşkil ediləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
















