13 oktyabr Hilton oteldə KKTC tanıtım günləri çərçivəsində KKTC və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri mövzusunda konfrans keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, konfransda media nümayəndələri, müxtəlif universitetlərdən təhsil işçiləri və millət vəkilləri iştirak edib.
Tədbirdə Kıbrıs Elm Universitetinin prezidenti Salman Arslanbaş çıxış edib.
Ardından Azərbaycan universitetlərinin prorektor və rektorları çıxış edib.
S.Arslanbaş bildirib ki, şəhidlərin yaxınları üçün Qarabağ bursu yaratmaq fikrindədir: Belə bir fikrimiz var. İnşallah tez bir zamanda Qarabağ bursu yaradıb şəhid ailələrinim təhsil alması üçün şərait yaradacayıq.
Aytac Aslan
















