• Bakı C

    2.14 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Şəhid atası VƏFAT ETDİ

CƏMİYYƏT

13 Fevral 2025 | 22:00

Şəhid atası VƏFAT ETDİ

Vətən müharibəsi şəhidi Mirmuraz Cəfərovun atası Mirbaba Cəfərov vəfat edib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət əvvəl onun səhhətində problemlər ortaya çıxıb.

Şəhid atası bu gün axşam saatlarında Gəncədə həyatını itirib.

Mərhum sabah Gəncənin "Təzə Səbiskar" adlanan qəbiristanlığında torpağa tapşırılacaq.

Məlumat üçün bildirək ki, M.Cəfərov Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. O,  2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. "Vətən uğrunda" (ölümündən sonra),  "Döyüşdə fərqlənməyə görə" (ölümündən sonra),  "Füzulinin azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif edilib.


SON XƏBƏRLƏR

13 Fevral 2025