Ermənistan tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Məmmədov Nahid Hüseynağa oğlu dəfn edilib.
Bakıvaxtı.az xəbər verir ki, Cəlilabad rayonunun Vənlik kənd sakini, 1989-cu il təvəllüdlü şəhidin nəşi doğulduğu kəndə gətirilib.
Vida mərasimindən sonra şəhid doğulduğu kənddə torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib. /Report
















