• Bakı 32° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Şəhid Səbuhinin qardaşının şikayəti araşdırılır - Nazir tapşırıq verdi

CƏMİYYƏT

15 Sentyabr 2022 | 11:57

Şəhid Səbuhinin qardaşının şikayəti araşdırılır - Nazir tapşırıq verdi

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

"Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb.

Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən, hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcək", - nazirlikdən qeyd edilib.


SON XƏBƏRLƏR

17 Iyul 2025