• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəhidimiz bu ərazidə dəfn ediləcək

CƏMİYYƏT

11 May 2023 | 12:17

Şəhidimiz bu ərazidə dəfn ediləcək

Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadə Ağstafa rayonunda dəfn ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi Vurğun qəsəbə qəbristanlığında torpağa tapşırılacaq.

Belə ki, 1998-ci il təvəllüdlü O.Novruzəlizadə Ağstafa rayon Vurğun qəsəbəsi sakini olub.

O, iki ilə yaxındır ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirmiş.

Şəhid O.Novruzəlizadə subay olub, bir qardaşı və iki bacısı var.

Qeyd edək ki, şəhidin atası təsərrüfatla məşğul olur, anası isə ötən il rayon ərazisində dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyən zaman qatarın vurması nəticəsində dünyasını dəyişib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR