Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun kursantlıq illərinə aid nadir fotoşəkil üzə çıxıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şəkildə o, Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin (indiki Heydər Əliyev adına Hərbi İnstitutun) birinci kursunda təhsil alarkən təsvir olunub.
Qeyd edək ki, Şükür Nəriman oğlu Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olub. Orta təhsilini doğma rayonunda başa vurduqdan sonra 1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olub. Məzuniyyətdən sonra Azərbaycan Ordusunda müxtəlif vəzifələrdə xidmət edib.
O, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. 2020-ci ildə Vətən müharibəsi zamanı Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şükür Həmidov xidmət etdiyi illər ərzində yüksək peşəkarlığı, vətənə sədaqəti və döyüş ruhu ilə seçilib.
Görüntüləri təqdim edirik.
Əli Hüseynov