• Bakı C

    14.83 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

Səhiyyə naziri bu məşhur həkimlərin lisenziyasını ləğv etdi - EKSKLÜZİV SİYAHI

CƏMİYYƏT

06 Fevral 2025 | 14:37

Səhiyyə naziri bu məşhur həkimlərin lisenziyasını ləğv etdi - EKSKLÜZİV SİYAHI

Səhiyyə naziri Teymur Musayev bir qrup cərrahın lisenziyasının ləğv edilməsi ilə bağlı əmr imzalayıb.

Musavat.com xəbər verir ki, əmr “Sertifikasiya şəhadətnamələrinin ləğv edilməsi haqqında” Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində başlanmış istintaqın nəticəsindən sonra imzalanıb.

Məlumata görə, plastik cərrahiyyə ixtisası ilə bağlı olmayan və plastik cərrahiyyə ixtisası üzrə rezidentura təhsili almayan tibb sahəsində fərqli ixtisasa sahib bir qrup şəxsə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kurslara cəlb olunmaqla sertifikasiya imtahanına buraxılış verilməsi və sonda həmin şəxslərə plastik cərrahiyyə üzrə praktik fəaliyyətə buraxılmaları barədə sertifikasiya şəhadətnamələrinin verilməsi müəyyən edilib.

Lisenziyası ləğv edilən tibb işçilərinin siyahısı aşağıdakı kimdir:

Ağamirova Könül Əlifirid qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 044818

Əliyeva Şövkət Tofiq qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 043889

Həmidova (Heydərova) Sevinc Abisalam qızı –sertifikasiya şəhadətnaməsi Ser. AH No 040407

Kərimova Bəhicə Rafiq qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 055491

Quliyeva Rəna Ədalət qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 046988

Qurbanova Təbəssüm Arif qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 044967

Salmanlı Elnarə Eldar qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 043603

Qeyd edək ki, adı çəkilən şəxslərin hamısı 2022-ci ildən sonra lisenziya almışdılar.

Hazırda məsələ ilə bağlı prokurorluqda araşdırma davam edir.


SON XƏBƏRLƏR

06 Fevral 2025