• Bakı 25° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Şəhriyar Məmmədyarov rapid turnirində 6-cı oldu

İDMAN

09 Iyul 2021 | 22:52

Şəhriyar Məmmədyarov rapid turnirində 6-cı oldu

İyulun 9-da “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un rapid turnirində sonuncu turların partiyaları oynanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Şəhriyar Məmmədyarov 7-ci turda İvan Sariç (Xorvatiya), 8-ci turda Niderland şahmatçısı Aniş Giri ilə heç-heçə edib. Son turda Niderlandın digər təmsilçisi Yorden Van Foresti məğlub edən şahmatçımız xalların sayını 9-a çatdırıb. Bu nəticə ilə Şəhriyar Məmmədyarov 6-cı yerdə qərarlaşıb.

Turnirin qalibi 11 xalla rusiyalı Yan Nepomnyaşi olub.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026