• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Braziliya millisi 2-ci dəfə Olimpiya çempionu oldu

İDMAN

08 Avqust 2021 | 00:16 | Müəllif: Subhan Mahmudov

Braziliya millisi 2-ci dəfə Olimpiya çempionu oldu

Avqustun 7-də “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının final görüşü keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Olimpiadanın finalında Braziliya və İspaniya komandaları üz-üzə gəliblər. Görüş Cənubi Amerika ölkəsinin 2:1 hesablı qələbəsi ilə başa çatıb, Braziliya yığması ardıcıl ikinci dəfə Olimpiya çempionu olub.

Qolların müəllifi Mateus (Braziliya), Mikel Oyarzabal (İspaniya) və Malkom (Braziliya) olublar.

Qadınların yarışında isə Kanada seçməsi çempion adını qazanıb. 

Xatırladaq ki, “Rio-2016”da kişilərin futbol yarışında Braziliya, qadınların mübarizəsində Almaniya yığmaları çempion adını qazanıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026